...

İran və Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard dollar təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2013 13:30 (UTC +04:00)
C.Cahangirzadə İrandakı azad iqtisadi zonaların potensialından azərbaycanlı sərmayədarların istifadə imkanlarından danışıb.
İran və Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard dollar təşkil edir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan arasında rəsmi və qeyri-rəsmi rəqəmləri nəzərə alsaq, hazırda ticarət dövriyyəsinin məbləği 2 milyard dollar təşkil edir və bu rəqəmi daha da artırmaq mümkündür. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib.

C.Cahangirzadə İrandakı azad iqtisadi zonaların potensialından azərbaycanlı sərmayədarların istifadə imkanlarından danışıb və deyib ki, İranda iki çox əhəmiyyətli azad iqtisadi zona var: "Araz və Maku iqtisadi ticarət zonaları İranın çox əhəmiyyətli zonalardır. Yaxın gələcəkdə Araz Azad Ticarət Zonasının rəhbəri Azərabycana səfər edəcək və bu məsələlər müzakirə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti