...

Azərbaycanda yanğınsöndürən gəminin təmiri başa çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2015 17:16 (UTC +04:00)
“Vixr-5” yanğınsöndürən gəmisinin təmiri başa çatıb.
Azərbaycanda yanğınsöndürən gəminin təmiri başa çatdı

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

"Vixr-5" yanğınsöndürən gəmisinin təmiri başa çatıb.

Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir ki, bu il aprelin 2-dən cari təmirə dayanan "Vixr-5" gəmisi əvvəlcə doka qaldırılaraq gövdəsi təmizlənib və rənglənib. Daha sonra isə gəminin baş və köməkçi mexanizmləri, yaşayış və xidməti otaqları təmir edilib.

Təmirdən sonra "Vixr-5" FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ Obyektlərinin Yanğından Mühafizə İdarəsinin istifadəsində olacaq.

Qeyd edək ki, həmin tipdən olan "Vixr-3" gəmisi də plan təmirinə dayanıb. Bu gəminin cari ilin sonunadək istismara qaytarılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti