...

Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

Energetika Materials 13 Yanvar 2016 20:52 (UTC +04:00)

Bakı. Trend:

SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq. Trend-in məlumatına görə, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.

O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz qış mövsümündə qaz verilişini müzakirə etdik. Belə ki, qış mövsümündə qaz istehlakı xeyli artır. Biz qaz tədarükünü maksimum - sutkada 7 milyon kubmetrədək artıracağıq".

M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstana tədarük edilən qazın həcminin artırılması üçün yollar axtarır: "Xüsusilə də "Şahdəniz-1" mərhələsi çərçivəsində qış mövsümündə qazın verilişini artıracağıq".

Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, ölkənin qaz istehlakı sutkada 11 milyon kubmetri ötüb.

Hazırda SOCAR Gürcüstana 6 milyon kubmetr qaz tədarük edir ki, mövcud boru kəmərləri ilə bundan artıq almaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti