Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir E.İsmayılov /
"Baku Taxi Company" şirkəti "London Taxi" avtomobillərinin sürücüləri üçün gündəlik tarif planını 40 manatdan 20 manatadək azaldıb. Bu barədə çərşənbə günü Trend-ə şirkətin rəhbəri İlqar Qasımov məlumat verib.
"Tarif planı həftənin altı günü ərzində səkkiz saatlıq qrafikə şamil edilir", - Qasımov deyib.
Bazar günləri avtomobillər əlavə ödəniş həyata keçirmədən sürücülərin şəxsi məqsədləri üçün istifadə oluna bilər.
Hazırda Bakıda çalışan "London Taxi" avtomobillərinin sayı 500 ədəddir.