Azərbaycanda çörəyin qiymətinin artırılması üçün iqtisadi əsas yoxdur - Dövlət Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 14:28 (UTC +04:00)
Azərbaycanda çörəyin qiymətinin qaldırılması müşahidə olunmur. Bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin direktoru Zahid İsayev deyib.
Azərbaycanda çörəyin qiymətinin artırılması üçün iqtisadi əsas yoxdur - Dövlət Xidməti

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda çörəyin qiymətinin qaldırılması müşahidə olunmur. Bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin direktoru Zahid İsayev deyib.

"Ölkə ərazisində çoxlu xırda çörək istehsalçısı var və onlar müxtəlif çəkidə çörək istehsal edərək bazara çıxarırlar. Lakin bu xırda müəssisələrin istehsal etdiyi məhsullar məhdudlaşdırılmış bazarlarda satılır və onların xüsusi çəkisi ümumi bazarda azdır", - İsayev deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti ölkənin müxtəlif regionlarında iri istehsalçıların monitorinqini aparır və bu yoxlamalar nəticəsində qiymət artımı və yaxud çəkinin azaldılması müşahidə olunmayıb.

"Dünya bazarında taxılın qiymətinin qalxmasının Azərbaycanda çörəyin qiymətinə təsir göstərməsi üçün heç bir iqtisadi əsas yoxdur. Dövlət Xidməti bu cür təsirə yol verməmək məqsədilə dünya bazarlarında vəziyyəti daim təhlil edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti