Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir А.Axundov/
Enerji qənaəti sahəsində standartların tətbiqi barədə Dövlət Proqramı layihəsinə əsasən, 2011-2013-cü illərdə Azərbaycanda enerji qənaəti sahəsində 70-ə yaxın standartın tətbiq olunması planlaşdırılır. Bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki nizamlama və standartlaşdırma şöbəsinin rəhbəri Sabiq Abdullayev deyib.
"Dövlət Komitəsi tərəfindən enerji qənaəti sahəsində standartların tətbiqi barədə Dövlət Proqramının son layihəsi hazırlanıb. Layihə artıq müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra, Nazirlər Kabineti tərəfindən ölkə rəhbərliyinə baxılmaq üçün verilib", - bu barədə çərşənbə günü Abdullayev komitənin məlumat mərkəzinin təqdimatında deyib.
Onun sözlərinə görə, yeni standartların istifadəsi ölkədə energetika sahəsində enerjinin 30 faizli qənaətinə səbəb olacaq.
"Enerji sərfinin bu cür azaldılmasına nail olmaq istehsal prosesi, enerjidaşıyıcıların nəqli və digər sahələrdə yeni texnologiyalar, müasir avadanlıqların tətbiqi ilə mümkündür", - Abdullayev deyib.