...

Tariximiz zənginliyimizdir: Cek kurqanları (FOTO)

Mədəniyyət Materials 5 Avqust 2013 10:44 (UTC +04:00)
Azərbaycanın Quba rayonunun Əlik inzibati ərazinə daxil olan və dəniz səviyyəsindən 1643 metr yüksəkdə olan Cek kəndi demək olar kı, bölgənin ən qədim və tarixi kəndlərindən biridir.
Tariximiz zənginliyimizdir: Cek kurqanları (FOTO)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanın Quba rayonunun Əlik inzibati ərazinə daxil olan və dəniz səviyyəsindən 1643 metr yüksəkdə olan Cek kəndi demək olar kı, bölgənin ən qədim və tarixi kəndlərindən biridir.

Trend-in məlumatına görə, Cek kəndi ərazisində islam mədəniyyətini əks etdirən qədim abidələrlə yanaşı, atəşpərəstliyin də izlərinə rast gəlmək olar.

Qeyd etmək lazımdır ki, 400 nəfərdən çox əhalisi olan bu kənddə min ildən çox yaşı olan Əbu Müslim məscidi bu günə qədər qorunub saxlanılmadadır.

Cek kəndinin qədimliyi, tarixi əhəmiyyəti sadəcə sadalananlarla bitmir. 2011-ci ilin avqustunda Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Cek kəndinə aid ərazisində aparılan qazıntılar zamanı burada Kukaş kurqanı aşkarlanıb.

Bütün bunlarla yanaşı, Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi tapılıb. Ərazidə qazıntılar aparan arxeoloq İdris Əliyev tapıntıların böyük əhəmiyyətə malik olduğunu və tunc dövrünə - e.ə. III-II minilliklərə aid olmasının ehtimal edildiyini bildirib. Kurqanların yerləşdiyi ərazilərdə on beşə yaxın mağara var ki, onların qədim insanların sığınacağı olduqları ehtimal olnur.

Trend oxucularına Qubanın Cek kəndindəki kurqanların fotoşəkillərini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti