İran yaxın bir neçə ay ərzində saf uran yanacağı hazırlamağa başlayacaq. Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu gün Fransanın xarici işlər nazirinin İranın uranı 20 faizədək zənginləşdirməyə qadir olmadığı barədə bəyanatına cavab olaraq FARS Agentliyinə deyib.
Fransanın xarici işlər naziri Bernar Kuşner Tehranın çərşənbə axşamı İran mütəxəssislərinin Tehran araşdırma reaktorunu təmin etmək üçün Nətənz zavodunda uranın zənginləşdirilməsinə başlaması barədə bəyanatını şantaj kimi qiymətləndirib. Kuşnerin sözlərinə görə, İran uranın 20 faizədək səviyyədə zənginləşdirilməsi imkanlarına malik deyil.
İranlılar araşdırma reaktoru üçün "yanacağın necə hazırlanmasını bilmirlər", - Fransa XİN rəhbəri deyib.
"Bir vaxtlar Misir, Pakistan, Türkiyə, Əlcəzair nüvə enerjisi istehsalında İrandan bir addım qabaqda idi, lakin indi inkişafa görə İranı həmin ölkələrlə hətta müqayisə etmək olmaz", - Salehi deyib.