Rusiya Prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib

Siyasət Materials 3 Sentyabr 2010 16:21 (UTC +04:00)

Sentyabrın 3-də Bakı Dövlət Universitetində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

BDU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimdə çıxış edərək Rusiya Prezidenti Dmitri Medvedevin həyat və fəaliyyətinin əsas mərhələlərindən, təhsil sahəsində Azərbaycan-Rusiya əməkdaşlığından danışıb.

Sonra Abel Məhərrəmov Böyük Elmi Şuranın Rusiya Prezidentinə BDU-nun fəxri doktoru adı verilməsi barədə qərarını oxuyub.

Rusiya Prezidenti Mərasimdə nitq söyləyib. Prezident Medvedev ona göstərilən şərəfə görə Azərbaycanın bu qocaman ali məktəbinin Elmi Şurasının üzvlərinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti