Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik", - başsağlığı məktubunda deyilir.
İlham Əliyev Asif Əli Zərdariyə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.