...

Sumqayıt nümayəndə heyəti Mogilyovda səfərdədir

Siyasət Materials 6 Oktyabr 2010 11:52 (UTC +04:00)
Nümayəndə heyəti oktyabrın 7-də Mogilyovda keçiriləcək "Mogilyov vilayəti - investisiya yatırımları üçün yeni üfüqlər" mövzusunda V Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.
Sumqayıt nümayəndə heyəti Mogilyovda səfərdədir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Sumqayıt şəhərinin nümayəndə heyəti Belarusun Mogilyov şəhərində səfərdədir.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən çərşənbə günü Trend-ə məlumat verilib.

Nümayəndə heyəti oktyabrın 7-də Mogilyovda keçiriləcək "Mogilyov vilayəti - investisiya yatırımları üçün yeni üfüqlər" mövzusunda V Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.

Rusiya və xarici ölkə banklarının, biznes təşkilatlarının, regional və respublika idarəetmə orqanlarının, xarici dövlətlərin ticarət-sənaye palataları nümayəndələrinin iştirakı ilə keçiriləcək Forumda yeyinti sənayesi, alternativ energetika və digər mövzular müzakirə ediləcək.

Səfər çərçivəsində tərəflər arasında əldə olunmuş razılığa əsasən, Mogilyovun mərkəzi məhəllələrinin birində, "Sovet" meydanı yaxınlığında Sumqayıt şəhərini xarakterizə edən elementlərdən ibarət istirahət-əyləncə guşəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılacaq.

Əraziyə baxış keçiriləcək, layihələndirmə işləri üçün ilkin iş aparılacaq, həmçinin, Mogilyovun digər qardaş şəhərlərinin - Moskva və Tulanın guşələri ilə tanış olunacaq.

Artıq bu məqsədlə Sumqayıtın baş rəssamı V.Nəzirov tərəfindən meydançanın ilkin eskizi hazırlanıb. Eskizdə Xəzər dənizini, şəhərin sənaye potensialını, eləcə də Sumqayıtın rəmzi olan "Sülh göyərçini" abidəsini təmsil edən müxtəlif elementlər öz əksini tapıb.

Sumqayıt ilə Mogilyov şəhərləri arasında 2007-ci ildə Mogilyovda Niyyət Protokolu, 2008-ci ildə Sumqayıtda ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin yaradılması və inkişafı haqqında Saziş imzalanıb; 2009-cu il iyulun 2-də isə tərəflər arasında ən yüksək səviyyədə əməkdaşlığın - qardaşlıq əlaqələrinin yaradılması haqqında Müqavilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti