...

Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 15:48 (UTC +04:00)
Beynəlxalq Diaspor Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Əslsiz erməni iddiaları ilə Mübarizə Dərnəyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti şənbə günü Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbirt M.Əliyev/

Beynəlxalq Diaspor Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Əslsiz erməni iddiaları ilə mübarizə Dərnəyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti şənbə günü Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, 50-60 nəfər aksiya iştirakçısı "Fransa stop!", "Sarkoziyə ar olsun!", "Azərbaycan və Türkiyə birdir və bir olacaq", "Fransa şaşırma, səbrimi daşırma!" kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Fransa səfirliyinə müraciət qəbul ediblər.

Müraciətdə bildirilib ki, Fransa Senatının 107 il öncə baş vermiş tarix hadisələri siyasiləşdirərək qondarma soyqırım kimi tanınması və bunu tanımayanların cərimə olunması və 2 ilədək azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə bağlı qanunu qəbul etməsi biabırçılıqdır.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti