...

Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edildi

Siyasət Materials 22 Oktyabr 2014 17:15 (UTC +04:00)
Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib.
Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edildi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib.

Trend-in məlumatına görə, işçi qrupunun bu gün keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib və qrupun həmsədrləri və katibləri seçilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti