Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə intiharların qarşısının alınması üçün tədbirlər görəcək - nazir

Cəmiyyət Materials 20 Aprel 2010 11:38 (UTC +04:00)
Təhsil Nazirliyi Səhiyyə Nazirliyindən ayrılmış ekspertlərinin iştirakı ilə məktəbli uşaqlar arasında intiharların qarşısının alınması üçün tədbirlər planı hazırlayıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə intiharların qarşısının alınması üçün tədbirlər görəcək - nazir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Təhsil Nazirliyi Səhiyyə Nazirliyindən ayrılmış ekspertlərinin iştirakı ilə məktəbli uşaqlar arasında intiharların qarşısının alınması üçün tədbirlər planı hazırlayıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin sözlərinə görə, intihar halları, əsasən, uğursuz ailələrin uşaqları və xəstə uşaqlarda baş verir.

2010-cu ilin ilk üç ayı ərzində Azərbaycanda 12 məktəbli və yeniyetmə intihar edib. 2009-cu il ərzində Azərbaycanda 29 məktəbli və yeniyetmə, bir nəfər azyaşlı uşaq həyatına qəsd etmişdi.

Xəbər lenti

Xəbər lenti