Gürcüstan, Tbilisi, 3 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycandan olan kimsəsiz uşaqlar Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkiblər. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev və universitetin Humanitar elmlər fakültəsinin dekanı Darecan Tvaltvadze TDU-un Azərbaycan kabinetində 16 uşaqla görüşüblər.
Tvaltvadze uşaqları TDU-un tarixi ilə tanış edib və təhsil sahəsində Gürcüstan-Azərbaycan münasibətlərindən danışıb.
Bakıdan gələn qonaqlar 10 günlük mübadilə proqramı çərçivəsində Gürcüstandadırlar. Bu müddət ərzində uşaqlar Gürcüstanın müxtəlif guşələrində olacaqlar.
Mübadilə proqramı Gürcüstan və Azərbaycanın birinci xanımları Sandra Rulofs və Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.