Azərbaycan Beynəlxalq Universitetinin qanuni əsaslarla təhsil alan tələbələri özəl ali məktəblərə köçürüləcəklər – təhsil naziri

Cəmiyyət Materials 4 Sentyabr 2010 11:43 (UTC +04:00)
Sentyabrın 15-dən Azərbaycan Beynəlxalq Universitetinin qanuni əsaslarla təhsil alan tələbələri müvafiq özəl ali məktəblərə köçürüləcəklər. Bu barədə şənbə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.
Azərbaycan Beynəlxalq Universitetinin qanuni əsaslarla təhsil alan tələbələri özəl ali məktəblərə köçürüləcəklər – təhsil naziri

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/

Sentyabrın 15-dən Azərbaycan Beynəlxalq Universitetinin qanuni əsaslarla təhsil alan tələbələri müvafiq özəl ali məktəblərə köçürüləcəklər. Bu barədə şənbə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

"Biz Beynəlxalq Universitetdə qeyri-qanuni əsaslarla təhsil alan tələbələrə görə cavabdeh deyilik", - Mərdanov bildirib.

Nazirin sözlərinə görə, bu ali məktəbin pedaqoqlarının yerləşdirilməsi ilə bağlı problem yaranmayacaq, çünki onların əksəriyyəti digər ali təhsil müəssisələrinə cəlb olunub.

Universitet 1997-ci ildə dövlət qeydiyyatından keçib, 1998-ci ildə nazirlik ali məktəbə lisenziya verib. 1999-cu ildə universitet altı il müddətinə, 2005-ci ildə beş il müddətinə lisenziya alıb.

Bu il Azərbaycanın Təhsil Nazirliyi Beynəlxalq Universitetin lisenziyasını uzatmaqdan imtina edib. İmtinaya səbəb ali məktəbin fəaliyyətindəki ciddi çatışmazlıqlar olub.

Xəbər lenti

Xəbər lenti