Qaregin və onu müşayiət edən şəxslər Şəhidlər Xiyabanında olmayıblar - QMİ

Cəmiyyət Materials 3 May 2010 17:23 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təəssüf edir ki, erməni dini liderini Azərbaycan tərəfindən müşayiət edən şəxslərin ona verdikləri qeyri-dəqiq informasiya səbəbindən anlaşılmazlıq yaranıb.
Qaregin və onu müşayiət edən şəxslər Şəhidlər Xiyabanında olmayıblar - QMİ

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə təəssüf edir ki, erməni dini liderini Azərbaycan tərəfindən müşayiət edən şəxslərin ona verdikləri qeyri-dəqiq informasiya səbəbindən anlaşılmazlıq yaranıb.

"Sonrakı dəqiqləşdirmələrdən aydın olub ki, Qaregin və onu müşayiət edən şəxslər Şəhidlər Xiyabanında olmayıblar. Düzgün olmayan informasiyanı verənlər artıq cəzalandırılıb", - məlumatı bazar ertəsi QMİ-nin mətbuat xidməti yayıb.

Xəbər lenti

Xəbər lenti