Azərbaycanda vəhabi dini təriqətini təbliğ edən silahlı dəstə aşkarlanıb

Cəmiyyət Materials 24 May 2010 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Şəki şəhərində vəhabi dini təriqətini təbliğ edənlərdən silah aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, mayın 22-də Şəki Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakinləri Qalib Vahabovun, Vasif Əliyevin, Elşən Çələbiyevin və Aydın Mülayimovun vəhabi dini təriqətini təbliğ etmələri müəyyən edilib.

Onların yaşadıqları evə baxış zamanı 1 000-ə yaxın dini kitablar, audio-video disklər və kasetlər, habelə, 1 ədəd "Vinçester" tüfəngi, 217 ədəd güllə, 3 ədəd qılınc, 2 ədəd ov bıçağı, 1 ədəd optik cihaz və 1 ədəd durbin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti