Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir М.Əliyev/
Almaniya Mədəniyyətlərarası Forumu Gürcüstanın Sülh və İnkişaf Agentliyi ilə birgə Avropa İttifaqı "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində 1-10 sentyabr tarixlərində Gürcüstanın Kobuleti şəhərində "Konfliktlərdə yaradıcılıq - Gənclərin konfliktlərin həllində rolu" mövzusunda gənclərin mübadilə proqramını həyata keçirir. Bu barədə Azərbaycanın "İrəli" İctimai Birliyindən verilən məlumatda deyilir.
Proqramda 8 ölkədən - Azərbaycan, Böyük Britaniya, Rusiya, İtaliya, Bolqarıstan, Gürcüstan, Almaniya və Ermənistandan gənclərdən ibarət nümayəndələr iştirak edir.
Azərbaycan Respublikasının 5 nəfərlik nümayəndə heyətini "İrəli" İctimai Birliyinin İdarə Heyətinin üzvü Tinatin Vəliyeva, İRƏLİ fəalları Nərmin Məmmədova, Azər Abdullayev, Hakim Ələskərov və Fikrət Qasımzadə təmsil edir.
Azərbaycanlı təmsilçilər ilk növbədə Gürcüstanın paytaxtı
Forum çərçivəsində hər gün iki dövlət mədəniyyətinin tanınma gecəsi keçirilir. Bu günlər ərzində iştirakçılar konfliktologiya, konfliktlərin tipologiyası və dinamikası kimi mövzuları müzakirə ediblər.