...

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığması dünya birincisi olub

İdman Materials 6 Sentyabr 2012 09:33 (UTC +04:00)
Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında Yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığması dünya birincisi olub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında Yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb.

Trend-in Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Taylanda yollanan yığmamızın üzvlərindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. 120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb.

Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər.

Xəbər lenti

Xəbər lenti