...

Ərdoğan Obama ilə İstanbul terror aktını müzakirə edib

Dünya xəbərləri Materials 29 İyun 2016 18:01 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon danışığında İstanbul aeroportundakı terror aktını müzakirə edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, söhbət zamanı B.Obama İstanbul hava limanındakı terror aktını pisləyib və Türkiyə Prezidentinə başsağlığı verib.

Qeyd edək ki, Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatıb.

Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti