...

Rusiya vətəndaşları Türkiyəyə xarici pasportsuz gələcəklər?

Dünya xəbərləri Materials 27 Mart 2017 12:31 (UTC +04:00)
Rəsmi Ankara rəsmi Moskva ilə Rusiya vətəndaşlarının Türkiyəyə xarici pasportlar olmadan gəlməsi qaydalarını müzakirə etməyə hazırdır
Rusiya vətəndaşları Türkiyəyə xarici pasportsuz gələcəklər?

Bakı. Orxan Quluzadə - Trend:

Rəsmi Ankara rəsmi Moskva ilə Rusiya vətəndaşlarının Türkiyəyə xarici pasportlar olmadan gəlməsi qaydalarını müzakirə etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rus icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə tərəflər iki il əvvəl müəyyən irəliləyişlər əldə ediblər.

Nazir iki ölkə arasında əlaqələrin normallaşmaqda davam etdiyini də qeyd deyib: “Ona görə biz müzakirələri başa çatdıra bilərik. Türkiyə hökuməti hava limanlarında şəxsiyyətin müəyyənləşdirilməsi üçün avadanlıqlar quraşdırır. Biz bu məsələ ilə bağlı danışıqları bərpa etmək niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti