...

Mosulda ABŞ hərbçisi həlak olub

Dünya xəbərləri Materials 30 Aprel 2017 03:36 (UTC +04:00)
İraqın Mosul şəhərində ABŞ hərbçisi həlak olub
Mosulda ABŞ hərbçisi həlak olub

Bakı. Trend:

İraqın Mosul şəhərində ABŞ hərbçisi həlak olub.

Trend-in məlumatına görə, ABŞ hərbçisi əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində həlak olub.

"Aprelin 29-u İraqın Mosul şəhərində ABŞ hərbçisi əldəqayırma partlaıcı qurğunun partlaması nəticəsində aldığı müxtəlif dərəcəli yaralardan həlak olub", - koalisiyanın məlumatında deyilir.

Qeyd edək ki, ABŞ hərbçisinin həlak olması halı bu ay ilk dəfə baş vermir. Ötən cümə axşamı ABŞ müdafiə nazirliyi Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı 2 ABŞ hərbçisinin həlak olması barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti