Azərbaycanda bələdiyyələrin fəaliyyətində 16 milyon manata yaxın maliyyə pozuntusu aşkarlanıb - Ədliyyə Nazirliyinin Bələdiyyələrilə İş Mərkəzinin rəhbəri

Siyasət Materials 9 Fevral 2010 12:35 (UTC +04:00)
2009-cu ildə bələdiyyələrin fəaliyyətində 16 milyon manata yaxın maliyyə pozuntusu aşkarlanıb. Trend News-un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə Milli Məclisin regional məsələlər komitəsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatında qeyd edib.
Azərbaycanda bələdiyyələrin fəaliyyətində 16 milyon manata yaxın maliyyə pozuntusu aşkarlanıb - Ədliyyə Nazirliyinin Bələdiyyələrilə İş Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 9 fevral / Trend , müxbir A.Hüseynbala/

2009-cu ildə bələdiyyələrin fəaliyyətində 16 milyon manata yaxın maliyyə pozuntusu aşkarlanıb. Trend -un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə Milli Məclisin regional məsələlər komitəsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatında qeyd edib.

Səlimzadənin sözlərinə görə, 2009-cu ildə 34 bələdiyyənin fəaliyyətində nöqsanlar olduğu üçün bununla bağlı Respublika Prokurorluğuna müvafiq sənədlər təqdim olunub. Prokurorluğun araşdırması nəticəsində 23 bələdiyyənin fəaliyyətində ciddi qanunsuzluqlar olduğu təsdiqlənib.

Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti