İranın paytaxtı Tehranda Müqəddəs Quranın qiraətinə və ayələrinin ibarəli oxunuşuna həsr olunmuş 27-ci beynəlxalq illik müsabiqə açılır. Müsabiqədə 60 müsəlman ölkəsinin nümayəndələri iştirak edəcəklər. Bu barədə Press-TV məlumat verib.
Quranın oxunuşu zamanı düzgün tələffüz bacarıq sayılır, Müqəddəs Kitabı əzbər bilmək isə müsəlman üçün çox vacibdir.
Bu il bütün dünyadakı müsəlmanlar tərəfindən gələcək münasibətlərin möhkəmləndirilməsi imkanı kimi baxılan bu tədbirdə 60 ölkədən 90-dan artıq nümayəndə iştirak edir.
Cümə günü açılış mərasimində İran Prezidenti Mahmud Əhmədinejad çıxış edib. O, müsəlmanları Müqəddəs Quranda nicat axtarmağa çağırıb.
"Quran - kainatın Kitabı ... xilasa və kamilliyə doğru yoldur", - Əhmədinejad bəyan edib.
Müsabiqə iyulun 14-də başa çatacaq.
Tehranda Müqəddəs Qurana həsr olunmuş 27-ci müsabiqə açılır