...

İranın uranın zənginləşdirilməsini davam etdirmək barədə qərarı beynəlxalq tələblərə cavab verir – parlamentin üzvü

Dünya xəbərləri Materials 18 Avqust 2010 12:59 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejadın uranın 20 faizlik səviyyəyədək zənginləşdirilməsini davam etdirmək barədə əmri “beynəlxalq sazişlərin” tələblərinə uyğundur. Bu barədə İran parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə bildirib. Press TV məlumat verir.
İranın uranın zənginləşdirilməsini davam etdirmək barədə qərarı beynəlxalq tələblərə cavab verir – parlamentin üzvü

İran prezidenti Mahmud Əhmədinejadın uranın 20 faizlik səviyyəyədək zənginləşdirilməsini davam etdirmək barədə əmri "beynəlxalq sazişlərin" tələblərinə uyğundur. Bu barədə İran parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə bildirib. Press TV məlumat verir.

O əlavə edib ki, prezident Əhmədinejadın əmrinə uyğun olaraq, MAQATE ilə gələcək əməkdaşlıq Nüvə silahının yayılmamasına dair Müqavilənin (NSYM) çərçivəsindən kənara çıxmamalıdır.

"Biz bəzi dövlətlərin təzyiqləri üzündən əllərimiz yanımıza salıb oturmamalı və işimizi dayandırmamalıyıq, - Cahangirzadə deyib. - Əgər biz NSYM-nin üzvüyüksə, bu imtiyazdan istifadə etməliyik".

İran prezidenti Mahmud Əhmədinejad hökumətə MAQATE ilə yalnız NSYM çərçivəsində əməkdaşlıq etməyi tapşırıb. Direktivə uyğun olaraq, İran hökumətinə Müqavilədən kənara çıxan tələbləri yerinə yetirmək qadağan olunub.

Cahangirzadə onu da bildirib ki, MAQATE Tehrandakı tədqiqat reaktorunu nüvə yanacağı ilə təmin etməlidir.

İrana tibbi məqsədlərlə bağlı istifadə etmək üçün Tehrandakı tədqiqat reaktoruna 19,75 faizədək 120 kiloqrama yaxın zənginləşdirilmiş uran tələb olunur. Ötən il oktyabrın sonlarında MAQATE İrandan Tehrandakı nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil almasını tələb edib.İran isə yalnız İranın ərazisində sinxron mübadiləyə razılıq verdiyini bəyan edib.

Tehran laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə-elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti