Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/
Avropa Oyunları ilə əlaqədar mayın 1-dən etibarən Bakıda bəzi müəssisələrdə iş vaxtı rejimi 2 ay müddətə dəyişəcək.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib.
Sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi asasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:
- iscilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
- işçilərin 25 faizi üçün saai 9:00-dan saat 18:00-dək;
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək;
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlanda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:
- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;
- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.