...

AFP: Azərbaycan dünya idman yarışlarının mərkəzinə çevrilə bilər

Baku 2015 : EUROGAMES Materials 5 May 2015 16:15 (UTC +04:00)
Bakıda I Avropa Oyunları kimi iri idman yarışlarının keçirilməsi ölkə haqqında müsbət imicin formalaşmasına müsbət təsir edir.
AFP: Azərbaycan dünya idman yarışlarının mərkəzinə çevrilə bilər

Avstriya, Vyana, 5 may /Trend, müxbir İlahə Məmmədli/

Bakıda I Avropa Oyunları kimi iri idman yarışlarının keçirilməsi ölkə haqqında müsbət imicin formalaşmasına müsbət təsir edir. Bunu Trend-ə AFP agentliyinin Almaniya bölməsinin baş redaktoru Daniel Yaan Vyanada keçirilən Avropa Qəzet Konqresi çərçivəsində deyib.

Onun sözlərinə görə, belə tədbirlər iqtisadi və siyasi baxımdan böyük dividendlər qazandırır: "Almaniya Avropa ailəsinin üzvü kimi Avropa Oyunlarında fəal iştirak edəcək".

D.Yaan qeyd edib ki, AFP agentliyi, onun idman bölməsi "AFP Sport" bu iri idman hadisəsini geniş işıqlandıracaq: "Azərbaycanın əsas üstünlüklərindən biri ölkədə zəruri infrastrukturun yaradılması olacaq ki, bu da gələcəkdə digər irimiqyaslı idman tədbirlərinin mərkəzinə çevrilməsinə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti