...

Ukrayna aviaşirkəti I Avropa Oyunlarına gələn sərnişinlərə güzəştli bilet təklif edir

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 14:12 (UTC +04:00)
“Dneproavia” aviaşirkəti Birinci Avropa oyunlarını nəzərə alaraq iyun ayının 6-dan etibarən möhtəşəm idman yarışmasında iştirak edəcək idmançıların və azarkeşlərin rahat gediş gəlişini təmin etmək üçün Dnepropetrovsk-Bakı tyəyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək.
Ukrayna aviaşirkəti I Avropa Oyunlarına gələn  sərnişinlərə güzəştli bilet təklif edir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

"Dneproavia" aviaşirkəti Birinci Avropa oyunlarını nəzərə alaraq iyunun 6-dan etibarən möhtəşəm idman yarışında iştirak edəcək idmançıların və azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün Dnepropetrovsk-Bakı tyəyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək.

Trend-in məlumatına görə, şirkətin Azərbaycan üzrə nümayəndəsi Əziz Əliyev bildirib ki, birinci Avropa Oyunlarında iştirak etmək üçün Ukraynadan Bakı şəhərinə gələcək hər bir idmançıya və azarkeşə yüksək xidmət göstəriləcək, onlara Bakının qədim abidələri və müasir istirahət mərkəzləri ilə tanış olmaları üçün informasiya bukletləri paylanılacaq.

Onun sözlərinə görə, şirkət həmçinin Avropa Oyunlarında iştiraklarını müvafiq sənədlə təsdiq edən sərnişinləri güzəştli biletlərli ilə dəsevindirəcək: "Biz çalışacağıq ki, doğma Bakımıza gələn hər bir qonağa ölkəmiz haqqında dolğun məlumat verilsin. "Dneproavia" şirkəti bu istiqamətdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək. Bildiyiniz kimi, Şərqi Ukraynada 2 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bölgədə həmçinin on minlərlə soydaşımız yaşayır. Onlar Ukraynanın Dnepropetrovsk, Xarkov, Zaporojye, Poltava, Sumi və digər şəhərlərindən vətənə gəlib-getmək üçün mütləq hər dəfə əlavə 500-600 km məsafə qət etməklə Kiyevin Borispol hava limanından istifadə edirdilər ki, bu da onlara vaxt itkisi və maddi baxımdan baha başa gəlirdi. Biz soydaşlarımıza bu istiqamətdə yüksək xidmət göstərməklə, onların vətənə gəlib-getməsinin asanlaşdırılmasına da öz töhfəmizi verəcəyik".

Qeyd edək ki, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin bazar günü yerli vaxtla saat 14-00-da Dnepropetrovsk şəhərindən, 19-30-da isə Bakıdan həyata keçirəcək. Şirkət sərnişinlərin tələbinə uyğun olaraq, iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər Dniproavia.com saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti