...

Rusiya Prezidentinin köməkçisi: Azərbaycan I Avropa Oyunları üçün rahat şərait və gözəl infrastruktur yarada bilib (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 13:14 (UTC +04:00)
Azərbaycan 2,5 il ərzində Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmək üçün gələn idmançılar, həmçinin azarkeşlər üçün rahat şərait və gözəl infrastruktur yarada bilib.
Rusiya Prezidentinin köməkçisi: Azərbaycan I Avropa Oyunları üçün rahat şərait və gözəl infrastruktur yarada bilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan 2,5 il ərzində Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmək üçün gələn idmançılar, həmçinin azarkeşlər üçün rahat şərait və gözəl infrastruktur yarada bilib. Trend-in verdiyi məlumata əsasən, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levitin Bakıda Rusiya Azarkeş Evinin açılış mərasimində jurnalistlərə deyib.

O bildirib ki, Olimpiya kəndi kimi nəqliyyat logistikası da idmançıların həyatına uyğun gəlir.

İ.Levitin qeyd edib ki, Azərbaycanın belə böyük miqyaslı tədbirləri təşkil etmək təcrübəsi gələcəkdə bir çox ölkəyə lazım olacaq: "Soçi Olimpiadasındakı təcrübəmizdən çıxış edərək, Bakıya gəlib I Avropa Oyunlarının hazırlıq işlərinə baxırdıq. Belə böyük bir tədbirin təşkil olunmasında Azərbaycanın təcrübəsindən gələcəkdə çox ölkələr faydalanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti