...

Rusiyalı idmançı Bakıda I Avropa Oyunlarının təşkilindən razı qalıb

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 10:09 (UTC +04:00)
Bakı 2015 oyunlarının həm təşkilatçılığı, həm də azarkeşlərin fəallığı yüksək səviyyədədir.
Rusiyalı idmançı Bakıda I Avropa Oyunlarının təşkilindən razı qalıb

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Belə böyük miqyaslı idman tədbirinin təşkilat işlərindən razı qaldım. Trend-in məlumatına əsasən, bunu I Avropa oyunlarının yunan-roma güləşi üzrə çempionu, Rusiya təmsilçisi Artyam Surkov "Vesti kavkaza" qəzetinə müsahibəsində deyib.

O, təşkilati işlərdən çox razı qaldığını bildirib: "Bakı 2015 Oyunlarının həm təşkilatçılığı, həm də yarışlarda azarkeşlərin fəallığı yüksək səviyyədədir. Olimpiya kəndində də idmançılar üçün yaxşı şərait yaradılıb".

İdmançı qeyd edib ki, Bakıda azarkeşlər idmançıları çox yaxşı qəbul edib: "Mən ilk dəfə idi ki, bu qədər azarkeş dəstəyi hiss edirdim. Bakı 2015 Oyunlarının azarkeşləri çox fəaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti