...

Litva MOK-un prezidenti: “I Avropa Oyunlarının keçirilməsi və hazırlığı çox yüksək səviyyədədir”

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 12:26 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının keçirilməsi və hazırlığı çox yüksək səviyyədədir.
Litva MOK-un prezidenti: “I Avropa Oyunlarının keçirilməsi və hazırlığı çox yüksək səviyyədədir”

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Səba Ağayeva/

Bakıda I Avropa Oyunlarının keçirilməsi və hazırlığı çox yüksək səviyyədədir. Bu barədə Trend-ə Litvanın Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Dayna Qudzinyaviçyute deyib.

O bildirib ki, heç bir problem və çətinliklə qarşılaşmayıblar: "Hər şey hazırdır, hər şey çox gözəldir. Nümayəndə heyətimizlə hər yerdə qadın əlinin olduğunu, yəni I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Azərbaycanın birinci xanımının işlərə nəzarətini hiss etdik. Əlbəttə, idman obyektlərinin səviyyəsi də çox mühüm məsələdir, lakin bununla yanaşı hər şeyin gözəl görünməsi yaxşı təəssürat yaradır".

D.Qudzinyaviçyute həmçinin I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını da bölüşüb: "Açılış mərasimi çox gözəl idi. Mərasimin Olimpiya Oyunları ilə eyni səviyyədə olacağını gözləyirdim və ümidlərim özünü doğrultdu. Maraqlı idi, tamaşa çox xoşuma gəldi və hər şey yüksək səviyyədə idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti