...

Ermənipərəstlərin nəzərinə (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 14:05 (UTC +04:00)
Avropa Oyunları zamanı Ermənistan komandasına guya fərqli münasibətin göstərildiyini iddia edənlərə cavab olaraq, 2012-ci ildə İrəvanda keçirilmiş boks üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinə münasibətdə göstərilən davranışın videosunu təqdim etmək kifayətdir.
Ermənipərəstlərin nəzərinə (VİDEO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Avropa Oyunları zamanı Ermənistan komandasına guya fərqli münasibətin göstərildiyini iddia edənlərə cavab olaraq, 2012-ci ildə İrəvanda keçirilmiş boks üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinə münasibətdə göstərilən davranışın videosunu təqdim etmək kifayətdir.

Trend-in məlumatına görə, videoda bütün nümayəndə heyətlərinin bayraqlarının Ermənistan vətəndaşı olan qızlar tərəfindən daşındığı halda, 1:45-ci dəqiqədə Azərbaycan bayrağının Afrika mənşəli xanım tərəfindən daşındığı aydın şəkildə görünür. Bununla ermənilər bu qaradərili xanıma qarşı irqi ayrıseçkilik edərək öz təbirlərincə "düşmən bayrağı"nın daşınmasını yalnız ona həvalə etdiklərini göstərirlər. Digər tərəfdən isə idman tədbirindən belə Azərbaycana qarşı etnik nifrəti nümayiş etdirmək üçün istifadə edirlər.

Xatırladaq ki, burada Ermənistanın sabiq prezidenti rasisit ideoloqlarına xas olan tərzdə erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu haqqında bəyanatla çıxış etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti