...

Avropa Oyunlarının qalibi Xetaq Qazyumov: "Bakıya ən layiqli idmançılar gəlib"

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 16:53 (UTC +04:00)
"Bakıya ən layiqli idmançılar gəlib, yarışlar çətin keçir və buna görə də qələbə sevincinin xüsusi əhəmiyyəti var".
Avropa Oyunlarının qalibi Xetaq Qazyumov: "Bakıya ən layiqli idmançılar gəlib"

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Vüqar İmanov/

"Bakıya ən layiqli idmançılar gəlib, yarışlar çətin keçir və buna görə də qələbə sevincinin xüsusi əhəmiyyəti var".

Bu barədə Trend-ə Azərbaycan millisinin veteranı, sərbəst güləş yarışlarında 97 kq çəkidə I Avropa Oyunlarının qızıl medal sahibi Xetaq Qazyumov deyib.

O bildirib ki, Bakıda I Avropa Oyunlarında qələbə qazanmaq istənilən idmançının arzusudur: "Çünki hər birimiz adımızı tarixə yazdıra bilərik. Ələlxüsus, bu, evdə, doğma divarlar arasında, azarkeşlər önündə çıxış edən azərbaycanlı idmançılar üçün əhəmiyyətlidir. Məhz Bakıda qızıl medal qazandığım və Azərbaycan bayrağını qaldırdığım üçün çox şadam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti