...

Yerli azarkeş: "Gimnastlarımız üçün çox gözəl şərait yaradılıb" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 17:26 (UTC +04:00)
"Gimnastikanı çox sevirəm, çünki gözəl bir idman növüdür. Ona görə də hər dəfə burada yarışlar keçiriləndə izləməyə gəlirəm".
Yerli azarkeş: "Gimnastlarımız üçün çox gözəl şərait yaradılıb" (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Elçin Mehdiyev/

"Gimnastikanı çox sevirəm, çünki gözəl bir idman növüdür. Ona görə də hər dəfə burada yarışlar keçiriləndə izləməyə gəlirəm". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gələn azarkeş Gülnarə Əzizova deyib.

G.Əzizova bildirib ki, gimnastika ölkəmizdə çox yaxşı inkişaf edib: "Gimnastlarımız üçün çox gözəl şərait yaradılıb. Baxın, nə gözəl gimnastika arenası var. Burdan keçərkən bir anlıq fikirləşdim ki, görəsən, mən Bakıdayam? Sağ olsun Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ki, ölkədə belə gözəl işlər görürlər. Bütün bunlar bizim övladlarımız, gələcək nəsillər üçündür".

Tibb sahəsində çalışdığını deyən G.Əzizova deyib ki, gimnastika eyni zamanda sağlamlıq üçün çox vacibdir: "İnsanlar gənc yaşlarında bunu düşünmürlər, amma yaşlaşdıqca görürsən ki, insan səhhətində problemlər yaranır. Əgər vaxtında idmanla, o cümlədən gimnastika ilə məşğul olsan, bu cür problemlərdən qaça bilərsən. Ona görə də gənclərimizə yaradılan bu şəraitdən səmərəli istifadə etməyi tövsiyə edirəm".

G.Əzizova Avropa Oyunlarının ölkəmiz üçün faydalı olduğunu və yüksək səviyyədə təşkil edildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti