...

Yerli azarkeş: Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 15:34 (UTC +04:00)
"Azərbaycanda gimnastikanın inkişafını çox gözəl qiymətləndirirəm və idmançılarımızın bu yarışlarda uğurlu çıxışları bunu sübut edir".
Yerli azarkeş: Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda gimnastikanın inkişafını çox gözəl qiymətləndirirəm və idmançılarımızın bu yarışlarda uğurlu çıxışları bunu sübut edir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Nərminə Məmmədova deyib.

O, qeyd edib ki, Azəlrbaycanın gimnastikada uğurları açıq-aşkar görünür: "Ölkəmizdə gimnastikaya böyük diqqət göstərilir. Baxın, nə gözəl Milli Gimnastika Arenası var. Adam gəlib görəndə fəxr edir. Hər dəfə qızımla gəlib yarışları izləməyə çalışırıq və artıq qızımın da gimnastikaya marağı yaranıb. Çox istərdim ki, o da bu idmanla məşğul olsun. Təşəkkür edirəm ki, Prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya, onlar doğrudan da insanların yaxşılığını fikirləşirlər".

Birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan N.Məmmədova bildirib ki, ölkəmizdə bu cür möhtəşəm yarışların keçirilməsi çox əhəmiyyətlidir: "Ölkəmiz dünyaya layiqincə təqdim edilir, bütün dünya Azərbaycanı tanıyır. Vətəndaşlarımız da bu yarışlara böyük maraq göstərir. Həm yaşlı, həm gənc nəsil, həm də uşaqlar böyük həvəslə yarışları izləməyə gəlirlər. Bu, xüsusilə də uşaqlar üçün çox əhəmiyyətlidir, çünki onlarda elə uşaq yaşlarından idmana maraq yaranır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti