...

Boksçularımız medala doğru irəliləyir: 2 boksçumuz 1/4 finalda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 14:44 (UTC +04:00)
Kişi boksçularımız Avropa Oyunlarında daha bir qələbə qazanıblar.
Boksçularımız medala doğru irəliləyir: 2 boksçumuz 1/4 finalda (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Kişi boksçularımız Avropa Oyunlarında daha bir qələbə qazanıblar.

Trend xəbər verir ki, bu gün Kristal Zalda keçirilən yarışlarda rinqə ilk çıxan kişi boksçumuz Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov olub. Yarışlara 1/8 finaldan qoşulan idmançımız rəqibi Moldova boksçusu Vasili Belousla üz-üzə gəlib.

Tamaşaçıların böyük dəstəyi altında keçən döyüşün ilk raundunda Pərviz Bağırov moldovalı rəqibindən üstün olub. İkinci raundda o, rəqibinə daha çox zərbə enidirb. Sonuncü, üçüncü raundda da Pərviz daha üstün boks nümayiş etdirərək görüşü öz xeyrinə başa vurub və növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, bu gün Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva ilk döyüşündə 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb və rəqibinə qalib gələrək 1/8 finala vəsiqə əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti