...

Sloveniya idmançısı: “I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 12:51 (UTC +04:00)
I Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub.
Sloveniya idmançısı: “I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub. Bu barədə Trend-ə Sloveniya komandasının nümayəndəsi Tomaz Torkar deyib.

O bildirib ki, gördüyü bütün obyektlər, hovuzlar və Atletlər kəndi, Olimpiya Oyunları da daxil olmaqla daha böyük miqyaslı tədbirləri qəbul etməyə hazırdır: "Nəqliyyat, hovuzlar, obyektlər - hər şey möhtəşəmdir. Əla şərait var, ona görə burada digər yarışları səbirsizliklə gözləyirəm".

T.Torkar həmçinin Bakının gözəlliyi barəsində də danışıb: "Bakı turistləri cəlb edir. Düşünürəm ki, insanlar bura gəlib, həzz ala bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti