...

100% F.A "shoping"də (FOTO)

Mədəniyyət Materials 15 Dekabr 2010 16:26 (UTC +04:00)
Azərbaycan estradasında fəaliyyət göstərən müğənnilər arasında keyfiyyət göstəricisi hesab olunan xalq artisti, Qızıl Şlyager, 100% F.A titullarının sahibi Faiq Ağayevi bu günlərdə şəhərin elit geyim mağazalarının birindən alış-veriş edərkən görüntüləmək imkanımız oldu.
100% F.A "shoping"də (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Ş.Cavadsoy/ 

Azərbaycan estradasında fəaliyyət göstərən müğənnilər arasında keyfiyyət göstəricisi hesab olunan xalq artisti, Qızıl Şlyager, 100% F.A titullarının sahibi Faiq Ağayevi bu günlərdə şəhərin elit geyim mağazalarının birindən alış-veriş edərkən görüntüləmək imkanımız oldu.

Çəkiliş aparmağın əleyhinə çıxmayan xalq artisti istənilən insanın xarici görkəminə yaraşıq verən geyimlərin müstəsna rolunu oxucularımız üçün belə çözələdi. "Səhnə insanının qarşısında dayanan tələblərdən biri də geyimlərindəki səliqə-sahmana, keyfiyyətə ciddi yanaşmadır. 22 illik fəaliyyətim boyunca daim xarici görkəmimə çox fikir vermişəm. Qarderobumda tanınmış modelyerlərdən tutmuş, müxtəlif geyim brendlərinə qədər səhnə kostyumlarım var. Gündəlik geyimlərimin markasına da ciddi yanaşıram. Qiymətin ucuz olmasına isə əsla can atmıram. Yunan atalar sözünü təkrarlasaq, "mən o qədər varlı deyiləm, ucuz paltarr alım". Zəhmətimlə qazandığım pulun qədrini bilirəm", - Faiq Ağayev dedi.

Rastlaşdığımız maraqlı situasiyadan siz də xəbərdar olun ki, həmin gün çəkiliş etdiyimizi görən mağaza rəhbərliyi Faiq Ağayevdən əlini cibinə salmamağı israrla xahiş etdi. Onlar hörmətli qonaqlarına seçmiş olduğu köynəyi hədiyyə etdilər.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti