...

Müğənnilikdən də ən önəmli, şərəfli ad valideyn adıdır - Təranə Qumral (FOTO)

Mədəniyyət Materials 13 Sentyabr 2011 19:18 (UTC +04:00)
Məleykə Əsədovanın qızının ad gününə qızları Sevgimlə birlikdə qatılan ər-arvad müğənnilər Təranə Qumralla Musa Musayev mehriban münasibətləri ilə yenə də diqqətləri öz üzərilərinə yönəltmişdilər.
Müğənnilikdən də ən önəmli, şərəfli ad valideyn adıdır - Təranə Qumral (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Xalq artisti, tanınmış aktrisa Məleykə Əsədovanın qızının ad gününə qızları Sevgimlə birlikdə qatılan ər-arvad müğənnilər Təranə Qumralla Musa Musayev mehriban münasibətləri ilə yenə də diqqətləri öz üzərilərinə yönəltmişdilər.

Olduqca şən görünən cütlük, Trend-in fotokamerası qarşısında bu günlərdə ailələrində baş verən xoş hadisədən söhbət açdılar. Danışmaqla o qədər də arası olmadığı üçün Musa yenə susub estafeti Təranəyə ötürdü.

"İki gün əvvəl qızımız Sevgimin dörd yaşını qeyd etdik. Düzdür, təmtəraqlı məclis təşkil etməsək də, bizi sevən insanları bir araya toplamağa müvəffəq olduq. Bəli, Sevgimi bir az çox istəyirik. O, həqiqətən də Musa ilə olan sevgimizə bir töhfədir. Məncə müğənnilikdən də ən önəmli, şərəfli ad valideyn adıdır. Xoşbəxt cütlük sayılırıq ki, ailəmizdə övladlarımıza yaxşı tərbiyə veririk. Bütün uşaqlara, xüsusən də qız övladlarına Allahdan gözəl bəxt-tale arzulayıram. O cümlədən Sevgim və digər qızlarım da olmaqla", - Təranə Qumral belə dedi.

Dəcəl Sevgimin foto çəkdirməkdən xoşu gəlməsə də, valideynləri uzun-uzadı əzizlədikdən sonra balaca qızları ilə birlikdə şəkil çəkdirməyə nail oldular.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti