...

Kayli Minoqa olan sevgi azərbaycanlı müğənnini hərəkətə gətirdi (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2011 20:52 (UTC +04:00)
Avstraliyanın məşhur pop-ulduzu Kayli Minoqa olan sevgi Azərbaycanın populyar estrada müğənnisi Sevda Yahyayevanı hərəkətə gətirib.
Kayli Minoqa olan sevgi azərbaycanlı müğənnini hərəkətə gətirdi (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Avstraliyanın məşhur pop-ulduzu Kayli Minoqa olan sevgi Azərbaycanın populyar estrada müğənnisi Sevda Yahyayevanı hərəkətə gətirib. Trend-ə danışan Sevda deyir ki, o, repertuarında müsbət dəyişikliklər etməkdən ötrü əcnəbi dillərdə yazılan bəstələri ifa etməyi qarşısına məqsəd qoyub.

"Yaradıcılığını sevə -sevə izlədiyim Kayli Minoqdan nəinki mən, bütün xanım sənətçilər örnək götürməlidirlər. Çünki bu xanım gənc yaşlarında olarkən əcnəbi dillərdə mahnılar ifa etməkdə çətinlik çəkirmiş. Və bu kompleksdən çıxış yolunu dil öyrənməkdə görüb. Bu gün onun mahnıları okeanlar aşıb, sərhədlər dolaşaraq dünyanın dörd bir yanında dinlənilir. Həddindən artıq simpatiyam var Kayli Minoqa. Bəlkə də səsinə vurğunluğum onun yaradıcılığı ilə daha sıx maraqlanmağıma gətirib-çıxarır. Əynimdə onun şəkli həkk olunan koftaya gəldikdə isə bunu da mənim üçün sifarişlə xaricdən gətiriblər. Eksklüziv olduğuna inanıram", - Sevda belə dedi.

Koftasına nə qədər pul verdiyini söyləməyən müğənni bildirdi ki, qarşısına qoyduğu məqsədlərdən ən ümdəsi yaxın illərdə Avstraliyanın paytaxtı Kanberraya gedib, Kayli Minoqla şəxsi tanışlıq əlaqələri qurmaqdır.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti