...

5-ci dəfə evlənən İbrahim Tatlısəsə oğlundan sərt mesaj - "Mənim üçün yoxsan!" (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2011 12:49 (UTC +04:00)
Türk musiqisinin imperatoru İbrahim Tatlısəs 14 martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsini davam etdirdiyi reabilitasiya mərkəzində ötən gün evlənib.
5-ci dəfə evlənən İbrahim Tatlısəsə oğlundan sərt mesaj - "Mənim üçün yoxsan!" (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs 14 martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsini davam etdirdiyi reabilitasiya mərkəzində ötən gün evlənib. Trend Türkiyənin "Milliyət" qəzetinin saytına istinadən xəbər verir ki, müğənni 12 illik sevgilisi 30 yaşlı Ayşegül Yıldızla birlikdə 2-ci dəfə nikah masasına əyləşib. Şişli bələdiyyə rəhbəri Mustafa Sarıgülün kəsdiyi nikahda şahidlər kimi iş adamı Yüksel Çağlar və "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim iştirak ediblər.

Türkiyə sərhədlərini aşan xoş evlilik xəbərinə çoxları birmənalı yanaşmır. İddialara görə, evlilik məsələsinin arxasında gizli saxlanılan çox məqamlar var. Hətta ötən gün Tatlısəsə baş çəkməyə gələn 19 yaşlı oğlu İdo atasının evlənmə xəbərini eşidincə çoc təəccüblənib və atasına "Sən mənim üçün artıq yoxsan" deyərək, xəstəxananı tərk edib.

Xəbər lenti

Xəbər lenti