...

Röya Ayxanın həyat hədiyyəsi

Mədəniyyət Materials 27 Oktyabr 2011 15:38 (UTC +04:00)
27 oktyabr tarixində müğənni, tamaşaçılara aparıcı kimi də yaxşı tanış olan Sevinc Ağaşirinova növbəti doğum gününü qeyd edir.
Röya Ayxanın həyat hədiyyəsi

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

27 oktyabr tarixində müğənni, tamaşaçılara aparıcı kimi də yaxşı tanış olan Sevinc Ağaşirinova növbəti doğum gününü qeyd edir. Ad günündə sevincini Trend oxucuları ilə bölüşən müğənni, aldığı hədiyyələrdən danışdı.

"Gecədən başlayaraq təbriklər alıram. Amma bu sırada anam və həyat yoldaşımın adlarını birinci çəkmək istəyirəm. Onların diqqəti mənim üçün həyatda ən dəyərli hədiyyədir. Doğum günü öncəsi sürprizlər də az olmadı. Onlardan ən yaddaqalanı bir neçə gün öncə sevimli dostum, xətrini çox istədiyim müğənni Röya Ayxanla birlikdə oxuduğum duet oldu. "Həyat" adlı mahnının bəstəsi Ruhinə, sözləri isə Günelə məxsusdur. Əslində çoxdan istəyirdim ki, Röya xanımla duet oxuyum. Demək ki, bu, ən şad günümə təsadüf etməli idi. Sevimli dostum bu jesti ilə mənə həqiqətən həyat bağışladı. Əminəm ki, ilk birgə əməkdaşlığımız uğurlu olacaq və dinləyicilər tərəfindən yaxşı qarşılanacaq", - Sevinc belə dedi.

Ad gününü doğmalarının əhatəsində keçirəcəyini vurğulayan müğənni nədənsə ötən il olduğu kimi təntənəli məclis təşkil etmək niyyətində deyil.

Təbriklərə qoşulub biz də istedadlı müğənniyə uğurlarının davamlı olmasını arzulayırıq.

Xəbər lenti

Xəbər lenti