...

“Eurovision-2012” Milli seçim turunun 5-ci həftəsi başlayır

Mədəniyyət Materials 26 Dekabr 2011 11:59 (UTC +04:00)
İctimai Televiziyada “Eurovision-2012” Milli seçim turunun 5-ci həftəsi başlayır.
“Eurovision-2012” Milli seçim turunun 5-ci həftəsi başlayır

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir İ.İsabalayeva/

İctimai Televiziyada "Eurovision-2012" Milli seçim turunun 5-ci həftəsi başlayır. Trend-in İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəmsi saytına istinadən bazar ertəsi verdiyi məlumata görə, həftənin qalibi cümə günü müəyyən ediləcək

Milli seçim turlarının 5-ci həftəsində Azərbaycanı 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti "9-luq" 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. Bu həftənin iştirakçıları Azad Şabanov, Samir Məmmədov, Elton İbrahimov, Günay Əhmədova, Elnarə Kazımova, Yan Kaşepava, Süleyman Ağakişiyev, Fidan Hüseynova və Aydın Eyvazzadədir.

Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər.

Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq, həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.

Xəbər lenti

Xəbər lenti