...

"Eurovision"un rumıniyalı təmsilçiləri dostlarını Azərbaycana gəlməyə inandıracaqlarına əmindirlər

Mədəniyyət Materials 16 Mart 2012 16:23 (UTC +04:00)
"Eurovision 2012"də iştirak "Mandinga" qrupunun tarixində ən mühüm məqamdır.
"Eurovision"un rumıniyalı təmsilçiləri dostlarını Azərbaycana gəlməyə inandıracaqlarına əmindirlər

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir V.İmanov/

"Eurovision 2012"də iştirak "Mandinga" qrupunun tarixində ən mühüm məqamdır. Bu barədə cümə günü Trend-ə Rumıniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək "Mandinga" qrupunun iştirakçıları - Yelena (solist), Aleks (truba) və Çupi (zərb alətləri) bildiriblər.

"Bakıya səyahət bizim üçün yeni təcrübədir. Heç nəyə baxmayaraq, biz yaxşı vaxt keçirəcəyimizi gözləyirik. Bu, bizim unikal bir şeyi sınaqdan keçirmək şansımızdır. Avropanın digər ölkələrindəki insanların "Zaleilah" mahnısı haqqında nə düşündüklərini öyrənmək çox maraqlı olacaq", - Çupi deyib.

Yelenanın sözlərinə görə, qrupa Rumıniyada keçirilən "Eurovision" milli finalına baxan həm tamaşaçılar, həm də hakimlər komissiyası səs verib.

"Biz müsabiqəyə yollananda nikbin əhval-ruhiyyədəydik, lakin dəstəyin belə güclü olacağını gözləmirdik. Aldığımız səslərin sayı təsirediciydi", - Yelena qeyd edib.

Aleksin sözlərinə görə, "Mandinga" Rumıniyada populyar qrup hesab edilsə də, iştirakçılar digərləri kimi eyni seçim prosesi şəraitindən keçiblər. O deyib ki, müsabiqə güclü idi və orada bır neçə çox yaxşı ifa olub.

Çupinin sözlərinə görə, qrup iştirakçıları Bakı və Azərbaycana birinci dəfə səfər edəcəklər.

"Biz bilirik ki, Azərbaycan müsəlman ölkəsidir, zəngin mədəni və tarixi irsə malikdir. Buna görə də Rumıniyaya dostlarımızı Azərbaycana gəlməyə inandıracaq bir neçə maraqlı əhvalatlarla və gözəl şəkillərlə qayıtmağı gözləyirik", - o qeyd edib.

Yelenanın sözlərinə görə, şou haqqında danışmaq olduqca tezdir, çünki iştirakçılar hələ tamaşa üzərində işləyirlər.

"Biz istəyirik ki, bu, Rumıyada göstərdiyimiz şoudan daha yaxşı olsun. Ancaq onu deyə bilərik ki, şouda pirotexnik və bir neçə xüsusi elementlər olacaq", - qrupun solisti deyib.

Bu, "Mandinga"nın karyerası ərzində ən böyük hadisədir. Qrup iştirakçıları gözləyir ki, şou digər hadisələrdən fərqli olaraq, daha həyəcanlı olacaq.

"Səhnədə olarkən nə etmək lazım olduğunu bilirik, lakin diqqətimizi şouya cəmləşdirməli, hisslərə isə yekunda qapanmalıyıq", - Aleks vurğulayıb.

Çupi əmindir ki, qrupun çıxışı müsabiqəyə sevinc və şənlik əlavə edəcək. "Biz mahnımızı Avropa xalqları ilə bölüşmək istəyirik. "Zaleilah" mahnısı müsbət təsir bağışlayır və hesab edirəm ki, bu, insanları rəqs etməyə və gülümsəməyə məcbur edəcək. Kim şənliyi sevmir ki?" - qrup iştirakçısı deyib.

Yelena deyir ki, "Mandinga" üçün Rumıniyanı "Eurovision" müsabiqəsində təmsil etmək böyük fəxrdir.

"Biz ölkəmizi böyük fəxrlə təmsil edirik və istəyirik ki, ölkəmiz bizimlə qürur duysun. Bu, böyük məsuliyyətdir, əgər qrup bu kimi iri layihələri üzərinə götürməyə cəsarət etmirsə, o necə uğurlu ola bilər?" - solist bildirib.

Aleksin sözlərinə görə, iştirakçılar çıxışlarına göstəriləcək istənilən reaksiyaya hazırdırlar.

"Bununla belə hesab edirik ki, mahnımız insanları bizə səs verməyə təhrik edəcək. İndiyədək mahnımızı eşitməyən oxucularınız isə yalnız "YouTube"da "Mandinga-Zaleilah" mannısını tapa bilərlər. Mahnı onların xoşuna gələcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti