...

İsrail televiziyası "Eurovision"la bağlı "Good night Europe" adlı silsilə verilişin yayımına başlayır

Mədəniyyət Materials 30 Mart 2012 13:16 (UTC +04:00)
İsrail televiziyası "Good night Europe" adlı silsilə verilişin yayımına başlayır.
İsrail televiziyası "Eurovision"la bağlı "Good night Europe" adlı silsilə verilişin yayımına başlayır

Azərbaycan, Bakı, 30 mart /Trend/

İsrail televiziyası "Good night Europe" adlı silsilə verilişin yayımına başlayır. Trend-in müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, verilişdə "Eurovision" Mahnı Müsabiqəsinin ev sahibi Azərbaycandan xüsusi reportajlar yayımlanacaq.

Silsilə verilişlər İsrailin "Eurovision" Mahnı Müsabiqəsi üzrə televiziya kanalı İBA-da bu həftədən etibarən yayımlanacaq və ölkə təmsilçisi "İzabo" qrupunun müsabiqəyə hazırlıqlarından bəhs edəcək.

Bazar günləri yayımlanacaq bu proqram may ayında keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinə qədər davam edəcək və ev sahibi Azərbaycandan, paytaxt Bakıdan da xüsusi reportajlar, müsabiqə hazırlıqlarını əhatə edəcək süjetlər nümayiş olunacaq.

Eləcə də İsrailin builki təmsilçisi "İzabo" qrupunun "Bakı Kristal Zalı"nda milyonlarla tamaşaçı qarşısında nümayiş etdirəcəyi şou haqqında da danışılacaq.

Xatırladaq ki, "İzabo" qrupu "Time" mahnısı ilə mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti