...

Moldovanın "Eurovision 2012" təmsilçisi Bakıda yeni dostlarla görüşünü səbirsizliklə gözləyir

Mədəniyyət Materials 4 Aprel 2012 18:19 (UTC +04:00)
Moldovanın "Eurovision 2012" təmsilçisi Paşa Parfeni Bakı səhnəsində "Lăutar" adlı müsabiqə mahnısını ingilis dilində ifa edəcək.
Moldovanın "Eurovision 2012" təmsilçisi Bakıda yeni dostlarla görüşünü səbirsizliklə gözləyir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Moldovanın "Eurovision 2012" təmsilçisi Paşa Parfeni Bakı səhnəsində "Lăutar" adlı müsabiqə mahnısını ingilis dilində ifa edəcək.

"Mahnının adı "Lăută" simli musiqi alətindən götürülüb. "Lăutar" sözü isə bu alətdə ifa edən musiqiçi deməkdir. Bu haqda çox danışılıb, Moldovada film də çəkilib. "Lăutar" mahnısının çox güclü pozitiv enerjisi olduğuna inanıram", - Paşa bildirib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, "Eurovision" səhnəsində hər bir iştirakçının böyük məmnuniyyətlə çıxış edəcəyini və tamaşaçılara zövq verəcəyini söyləyən Moldova təmsilçisi özünün də buna can atdığını deyib. "Bakıdakı yeni dostlarımla görüşümü səbirsizliklə gözləyirəm", - Paşa Parfeni pərəstişkarlarına belə səslənib.

Xəbər lenti

Xəbər lenti