...

"Eurovison-2012" müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda muzeylərin iş saatlarının müddəti artırılacaq

Mədəniyyət Materials 12 Aprel 2012 13:10 (UTC +04:00)
"Eurovison-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda muzeylərin iş saatlarının müddəti artırılacaq.
"Eurovison-2012" müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda muzeylərin iş saatlarının müddəti artırılacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

"Eurovison-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda muzeylərin iş saatlarının müddəti artırılacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Eurovison-2012" müsabiqəsi keçirilən günlərdə muzeylərin gecə 00:00-a kimi fəaliyyət göstərəcəyi gözlənilir. Bununla da insanlar axşam vaxtı da muzeylərə daxil olub onlarla tanış ola biləcəklər", - Qarayev əlavə edib.

Nazir deyib ki, "Eurovison-2012" müsabiqəsinə gələnlər üçün xüsusi avtobuslar ayrılacaq və xüsusi səyahətlər təşkil ediləcək. Bunun üçün artıq hazırlıq işləri görülür.

"Bütün böyük mehmanxanaların qarşısından xüsusi ekskursiyalar təşkil olunacaq. Artıq hər cür hazırlıq işləri görülür, proqramlar tərtib edilib. Müsabiqə keçən zaman və ya ondan sonra kimsə Azərbaycanın gəzməli yerlərinə səyahət etmək istəsə, onlar üçün tam xidmətlər göstəriləcək", - Qarayev deyib.

Xəbər lenti

Xəbər lenti