...

San Marinonun "Eurovision 2012" təmsilçisi "Bakı Kristal Zalı"nın səhnəsinə kompyüterlə çıxacaq

Mədəniyyət Materials 24 Aprel 2012 22:46 (UTC +04:00)
San Marinonun "Eurovision 2012" təmsilçisi "Bakı Kristal Zalı"nın səhnəsinə kompyüterlə çıxacaq.
San Marinonun "Eurovision 2012" təmsilçisi "Bakı Kristal Zalı"nın səhnəsinə kompyüterlə çıxacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend/

San Marinonun "Eurovision 2012" təmsilçisi "Bakı Kristal Zalı"nın səhnəsinə kompyüterlə çıxacaq.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, San Marinonun Eurovision 2012 təmsilçisi Valentina Monetta müsabiqədə uğur qazanacağına inanır.

Təmsilçi bütün Avropaya yaddaqalan şou göstərmək üçün var-qüvvəsi ilə çalışdığını bildirib. Eurovision 2012 şousunun sürpriz olacağını gizlətməyən Valentina, "Bakı Kristal Zalı"na kompyüterlə çıxacağını istisna etməyib. "Facebook bu gün insanların həyatında mühüm yer tutur. Müsabiqə mahnımı çox sevirəm. Mahnı virtual ünsiyyətin gücünü göstərir".

Həyəcanlı olduğunu deyən San Marino təmsilçisi hazırda ingilis dili üzərində çalışdığını bildirib. Valentina Eurovision 2012-də iştirakdan məmnundur və özünü xoşbəxt hiss edir.

Müğənni musiqiyə olan həvəsini "musiqi mənim həyatımdır, özümü anlayandan musiqi mənim həyatımın əsas hissəsi olub" sözləri ilə ifadə edib.

Xəbər lenti

Xəbər lenti