...

Eldardan "Progressive House" janrında yeni mahnı (VİDEO)

Mədəniyyət Materials 4 İyun 2012 15:34 (UTC +04:00)
Eurovision 2011-in qalibi, "Odlar Yurdu" Azərbaycanın paytaxtı Bakıdakı möhtəşəm "Eurovision 2012" mahnı müsabiqəsinin aparıcılarından biri Eldar Qasımov şoudan dərhal sonra yeni musiqi layihəsinə başlayıb.
Eldardan "Progressive House" janrında yeni mahnı (VİDEO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Eurovision 2011-in qalibi, "Odlar Yurdu" Azərbaycanın paytaxtı Bakıdakı möhtəşəm "Eurovision 2012" mahnı müsabiqəsinin aparıcılarından biri Eldar Qasımov şoudan dərhal sonra yeni musiqi layihəsinə başlayıb.

Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, müğənni artıq iki aydır ki, "I'm Free" adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Eldar, bu mahnının ona tamamilə yeni hisslər yaşatdığını bildirib.

"Mənim üçün bu layihə, bu mahnı tam yeni bir hissdir. Bu vaxtadək belə üslubda oxumamışam və buna görə də "Progressive House" musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu bir imtahan kimidir", - odeyib.

Qeyd edək ki, Eldar həm də yeni mahnısının sözlərinin müəllifidir. Mahnının digər müəllifləri DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.

Xəbər lenti

Xəbər lenti